PKK Türkiyədə hərbi bazaya hücum etdi: 6 şəhid, 7 yaralı - (YENİLƏNDİ)
Bizi izləyin

Region

PKK Türkiyədə hərbi bazaya hücum etdi: 6 şəhid, 7 yaralı - (YENİLƏNDİ)

PKK silahlıları Türkiyənin cənub-şərqində, Siirt vilayətindəki hərbi hissəyə hücum ediblər.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində 6 mühafizəçi türk hərbçi həlak olub, 4 mühafizəçi və 3 əsgər yaralanıb.

Türkiyə Silahlı Qüvvələri bölgədə terrorçuların zərərsizləşdirilməsi üçün dərhal əməliyyata başlayıb.

Xatırladaq ki, ötən gün Diyarbəkirdə PKK-çıların avtomobil karvanını atəşə tutması nəticəsində 6 türk hərbi qulluqçu xəsarət almışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm