Region
İslam dünyası HƏRƏKƏTƏ KEÇDİ - İsrail Beynəlxalq Cinayət Məhkəməsinin qapısında
Ötən həftə Türkiyədə toplanan İslam Əməkdaşlıq Təşkilatı fövqəladə sammitdə qərara aldığı komitəni qurub.
Publika.az xəbər verir ki, komitə Qəzza zolağında 66 nəfərin şəhid olduğu qətliamı araşdırmaq məqsədilə istintaq əməliyyatları başlatmaq üçün qurulub.
İƏT-in baş katibliyi komitəyə beynəlxalq müstəqil mütəxəssislər cəlb edildikdən sonra o, öz işinə başlayacaq. İstintaqdan əldə edilən nəticə benyəlxalq qurumlara təqdim ediləcək. İƏT üzvləri İsrailin həyata keçirdiyi qətliamın məsuliyyət daşıyanlarını ittiham etmək üçün yerli məhkəmələri hərəkətə keçirəcək. Daha sonra qətliam Beynəlxalq Cinayət Məhkəməsində (BCM) araşdırılacaq.
Zirvədən alınan qərarlardan başqa, Fələstinin də qətliamın gerçəkləşdiyi ölkə olaraq üzvü olduğu Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməsi bildirilir. Qətliamın BCM-yə qədər gedib çıxması ehtimalı belə İsraili narahat edən durumdur.
İƏT-in fövqəladə zirvə qərarlarını şərh edən diplomatik qaynaqlar təşkilatın dünyada və İslam ölkələri ictimaiyyətində haqqı olan etibarı görmədiyini bildirir. Halbuki, bir neçə gündə Fələstin üçün səfərbər olan İƏT bir çox beynəlxalq qurumlardan daha operativ hərəkət edir.
Zümrüd
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
































.jpg)
