"Soğanın qiyməti 5 lirə də olsa..." - Türkiyənin Ərdoğan möcüzəsinin tək açıqlaması
Bizi izləyin

Region

"Soğanın qiyməti 5 lirə də olsa..." - Türkiyənin Ərdoğan möcüzəsinin tək açıqlaması

“Türkiyədə seçki şəxsiyyətlər üzərindən aparılır. Soğanın qiyməti 5 lirə də olsa, bu səsləri dəyişmir. Vədlərin də təsiri yoxdur. Rəcəb Tayyib Ərdoğanın möcüzəsi seçici ilə duyğusal əlaqədir”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Bağçaşəhər Universitetinin professoru Yılmaz Əsmər deyib.

Professor Türkiyədə keçirilən növbədənkənar seçkilərdə seçki kampaniyalarındakı vədlərdən, Türkiyə nümunəsinin beynəlxalq siyasi platformadakı yerindən danışıb.

Yılmaz Əsmər bildirib ki, prezident Ərdoğan 52% səslə 16 ildən sonra yenidən seçkilərdə qalib gəlib və 7 iyundan başqa, daxil olduğu bütün seçkiləri qazanıb. Dünya siyasətində Meksika, İsveç kimi ölkələrdə partiya olaraq bunun örnəyi olsa da, üst-üstə seçkilərdə qalib gələn liderlərin sayı olduqca azdır. Bunlardan biri də Rəcəb Tayyib Ərdoğandır. Eyni partiya, eyni ideologiyanın iqtidara gəlməsi tez-tez rastlanan hadisədir, lakin üst-üstə bir liderin qalib gəlməsi nadir nümunələrdəndir:

“Bunun səbəbi isə ciddi bir şəkildə şəxsiyyətə sevgidir. Onsuz da, səsvermədə də, hər hansı bir qərarda da duyğusal faktorlar öndə gəlir. Söhbət zamanı nə deyirəmsə deyim, mənə nifrət edirsinizsə, dediyim heç bir söz sizə inandırıcı gəlməyəcək”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm