17 ailə Ərdoğana görə QAÇIRILDI - Talelərindən heç bir xəbər yoxdur
Bizi izləyin

Region

17 ailə Ərdoğana görə QAÇIRILDI - Talelərindən heç bir xəbər yoxdur

PKK terror təşkilatı Ramazan bayramında Türkiyədən Suriyanın Təl-Əbyad, Münbiç və Rakkadakı qohumlarını ziyarətə gedən 17 suriyalı ailəni qaçırıb.

Publika.az xəbər verir ki, buna səbəb isə onların mobil telefonlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının çıxması olub.

Qaçırılanlardan birinin yaxını olan 25 yaşlı Rima adlı qız bildirib ki, bacısının telefonu terrorçular tərəfindən yoxlanıb və sosial mediada Ərdoğanla bağlı paylaşımı bəyəndiyi üçün bunu cinayət kimi qəbul ediblər.

Son iki ildir bayramlarda Hələbə, qohumlarını ziyarətə getdiklərini deyən Əbu Naim adlı bir suriyalı isə Azezdən Hələbə geçmək üçün terrorçulara sərvət ödədiklərini deyib: “Taana bölgəsində qurulan nəzarət məntəqəsində qohumumun telefonunda Ərdoğanın fotosu olduğu üçün onu bizdən ayırdılar. Yol boyu təhlükəsizlik tamamliə PKK-çıların və Əsəd rejiminə bağlı Şəbbihaların nəzarətindədir. Hələbdəki rəsmi qaynaqlar isə əllərində 17 yaşlı bir məhbusun olmadığını deyir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm