Region
Trampın Ərdoğana çağırışına Ankaradan CAVAB: "Bu xristian qocanın..."
Türkiyənin Xarici İşlər Nazirliyi FETÖ və PKK terrorçuları ilə əlaqədə ittiham edilərək saxlanılan amerikalı rahib Andrey Kreyk Brunsonun azad olunması barədə ABŞ prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana etdiyi çağırışa cavab verib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Türkiyənin bir hüquq dövləti olduğu və hüquqi prosesin getdiyi bildirilib.
“Türkiyə ilə ABŞ arasında keçirilən toplantıda Vaşinqtonun FETÖ mövzusunda artıq konkret addımlar atmalı olduğunu ifadə etdik”, - açıqlamada FETÖ liderin ekstradisiya olunmasının vacibliyi xatırladılıb.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti rahibin sərbəst buraxılması üçün Rəcəb Tayyib Ərdoğana çağırış edib. Tramp Tvitter səhifəsində Türkiyədə saxlanılan E.Brunsonun həbs müddətinin uzadılması qərarını "utancverici" adlandırıb:
"Ərdoğan bu xristian qocanın sərbəst buraxılması üçün nəsə etməlidir. O, yanlış bir iş görməyib və ailəsinin ona ehtiyacı var".
Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Dünən isə Brunson üçüncü dəfə hakim qarşısına çıxıb. 35 il həbs cəzasına məhkum edilməsi istənilən rahibin həbs müddətinin uzaldılmasına qərar verilib.
ABŞ-ın prezidenti daha əvvəl də Türkiyədən rahibin azad edilməsini istəmişdi.
Ömər
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR