Region
İranın ÇÖKÜŞÜ BAŞLADI: Mollalar özü hər şeyi ETİRAF ETDİ
“Ruhanilərin hakimiyyəti dövründə doğulan, boya-başa çatan və yetişən gənclər artıq əvvəlki nəsillə müqayisədə ruhanilərə maraq göstərmir, dinə və məzhəbə biganə yanaşırlar”.
Publika.az xəbər verir ki, bu sözləri İranda cümə namazı qərargahının rəisi, axund Möhsün Qəraəti səsləndirib.
Axund Kirman şəhərində keçirilən bir tədbirdə çıxış edərək yeni nəslin ruhanilərdən və dini imandan uzaqlaşmasından gileylənib: “Bizlərdən bəzilərinin islamdan düzgün dərki və anlayışı yoxdur. İslamda kimdənsə boş-boşuna şübhələnmək haramdır. Halbuki, bizlərin bir çoxu heç bir xeyri və faydası olmayan məsələlərdə dini alverə çevirir, haqqı nahaqqın, nahaqqı isə haqqın yerinə qoyur. Əgər kiminsə siyasi xətti bizimkindən fərqlidirsə, bu həmin şəxsin fasiq, təqvasız və pozğun olması anlamına gəlməməlidir.
Təəssüflər olsun ki, biz dünyəvi ləzzətlərin aludəçisi olmuşuq. Halbuki, bütün işlər və əməllər Allah üçün olmalıdır. Bilin ki, rəftar və davranışımıza yenidən baxmasaq, gec-tez pərdələr düşəcək və hamıya bəlli olacaq ki, bütün iddialarımıza baxmayaraq, bu günə qədər etdiklərimiz və apardığımız təbliğatların hamısı boşdur.
Yazıqlar olsun ki, bu gün yeni nəslin əksəriyyəti artıq bizə maraq göstərmir, bizi istəmir. “Quran”da deyilir ki, Allah iman əhli olanların sevgisini insanların ürəyinə salar. Elə buna görə də, əgər bu gün xalqın bizi sevmədiyinin şahidi oluruqsa, bu, o deməkdir ki, bizim rəftar və davranışımız əməli-saleh deyil. Məhz buna görə də düşünürəm ki, biz (ruhanilər) öz rəftar və əməllərimizə yenidən baxmalıyıq”.
Zümrüd
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki








































