Avropa
Müharibə həyəcanı Baltikyanı ölkələrə çatdı: Əhaliyə "Sığınacaqlara girin" əmri verildi!
Litva hakimiyyəti ölkənin mərkəzi və şimal bölgələrinin sakinlərinə çağırış edib.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, səlahiyyətlilər insanları naməlum uçan obyekt səbəbindən sığınacaqlarda gizlənməyə çağırıb.
"Qırmızı" dərəcəli həyəcan siqnalı zamanı bölgəyə NATO hava polisinin qırıcı təyyarələri cəlb edilib və Kaunas hava limanı bağlanıb.
Litvadakı bu müəmmalı insidentlə eyni vaxtda Latviya ordusu da hərəkətə keçib. Latviya ordusunun məlumatına görə, mümkün təhlükə səbəbi ilə əvvəlcə Litva ilə həmsərhəd olan bəzi bölgələr üçün "sarı" hava xəbərdarlığı elan edib. Daha sonra isə bu hava xəbərdarlığı ləğv edib.
Maraqlıdır ki, Polşa da hava insidenti ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, Rusiyanın aktiv hava fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb.
"Reuters" qeyd edib ki, son aylarda Ukrayna dronları dəfələrlə Baltikyanı bölgədə NATO hava məkanına daxil olub. Kiyev isə iddia edir ki, bu dronlar məqsədli şəkildə NATO hava məkanına yönəldilmir, sadəcə olaraq onların istiqaməti Rusiyanın siqnal maneə sistemləri tərəfindən pozulur.
Müəllif: Tural
-
MDB10:32Rusiya səmasında gərgin gecə: Rekord sayda dron hücumu dəf edildi
-
Avropa10:13Müharibə həyəcanı Baltikyanı ölkələrə çatdı: Əhaliyə "Sığınacaqlara girin" əmri verildi!
-
Avropa09:55Hava limanında müəmmalı insident: Uçuşlar dayandırıldı, polis axtarışlara başladı - FOTO
-
Sağlamlıq09:37Başqalarının "uğur vitrini": Sosial şəbəkələr özünəinamı necə sarsıdır?
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı


































