ABŞ
Trampdan Netanyahuya BÖYÜK DƏSTƏK - “ABŞ-ın haqqı var ki...”
ABŞ Prezidenti Donald Tramp oktyabrın sonunda keçirilməsi planlaşdırılan parlament seçkilərində İsrailin hazırkı Baş naziri Binyamin Netanyahunun namizədliyini tam dəstəklədiyini bəyan edib.
Publika.az xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
“Amerika Birləşmiş Ştatlarının İsraildən - onlar üçün bu qədər çox iş gördüyü ölkədən məhz belə bir tərəfdaş tələb etməyə haqqı var”, - deyə o bildirib.
Xatırladaq ki, İsraildə parlament seçkiləri oktyabrın 27-nə təyin edilib. Seçkilərin nəticələrinə əsasən, ölkənin növbəti hökuməti formalaşdırılmalıdır.
Bundan əvvəl "Axios" nəşri Binyamin Netanyahu və Donald Trampın İrana qarşı yeni əməliyyat keçirmək ehtimalını nəzərdən keçirdiklərini yazıb.
Hüsyen İbadlı
-
Magazin221:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto








































