Ərdoğandan Münbiç AÇIQLAMASI: Putinlə…
Bizi izləyin

Region

Ərdoğandan Münbiç AÇIQLAMASI: Putinlə…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Silahlı Qüvvələrinin PKK terror təşkilatının əlində olan Münbiç şəhərinə girməsi xəbərini şərh edib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan Suriyanın Münbiçlə bağlı psixoloji bir hərəkət planının olduğunu deyib.

“Təxminən bir saat əvvəl adamlarımla söhbət etdik, ortada dəqiq bir şey yoxdur. Sabah nümayəndə heyətimizin Moskvaya gedəcəyini bilirsiniz. Xarici işlər naziri, müdafiə naziri və kəşfiyyat rəhbəri Moskvaya gedəcək. Bu məsələləri ətraflı şəkildə həll edəcəklər. Bundan sonra həm Vladimir Putinlə telefonda söhbət edə, həm də Moskvaya və ya Soçiyə səfər edə bilərəm. Bu məsələləri ciddi qəbul etməliyik. Söhbət sadəcə Münbiç deyil, buradakı terror təşkilatlarını məhv etməyə yönəlik fəaliyyətimizdir. Bizim tədbirlərimizi gördük, Silahlı Qüvvələrimiz çalışmaqda davam edir”, - Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, “Röyters” agentliyi Suriyanın Baş qərargahın bəyanatına istinadən Suriyanın Silahlı Qüvvələrinin Münbiç şəhərinə girdiyini xəbər verib. Xəbərə görə, hərbçilər Türkiyə sərhədinin 25 kilometrliyində yerləşən Münbiçin üzərində Suriya bayrağını qaldırıblar.

Lakin başqa bir xəbərə görə, rejim gücləri şəhərin mərkəzinə daxil olmayıblar, şəhərin əsasən kənar hissəslərində Suriya bayrağının qaldırıldığı bildirilir. Şəhərin mərkəzi hissəsində hələ də ABŞ gücləri var. Azad Suriya Ordusu da Əsədin ordusunun Münbiçə girdiyi barədə xəbəri təkzib ediblər.

Türkiyənin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, məsələ Moskvada keçirilən danışıqlarda müzakirə ediləcək. Kremldən verilən açıqlamada isə “kürd bölgəsinin nəzarəti Suriya ordusuna geçdi, bu vəziyyətdən məmnunuq” deyilib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm