"İran atom bombasının hazırlanma düsturunu bilir, ancaq..." - Axunddan ŞOK AÇIQLAMA
Bizi izləyin

Region

"İran atom bombasının hazırlanma düsturunu bilir, ancaq..." - Axunddan ŞOK AÇIQLAMA

“Nüvə enerjisinə yiyələnmək, bizim üçün həyati məsələdir. Biz, heç vaxt atom bombası düzəltmək niyyətində olmamışıq. Baxmayaraq ki, bizdə atom bombasının necə hazırlanmasının düsturu var, lakin biz heç bir zaman kütləvi qırğın silahlarına yiyələnmək, onlardan istifadə etmək niyyətində olmamışıq”.

Publika.az xəbər verir ki, bu sözləri Tehran cümə namazının imamı, Üləma Məclisinin üzvü axund Əhməd Hatəmi deyib.

Məşhəddə keçirilən bir yas mərasimində çıxış edən axund ölkəsinin nüvə enerjisinə olan ehtiyacından, atom bombasından və raket proqramından danışıb.

Nüvə enerjisinin ölkə üçün çox mühüm əhəmiyyətə malik olmasını vurğulayan Hatəmi deyib ki, İran İslam Respublikası nüvə silahı istehsal etmək niyyətində deyil: “Təəssüflər olsun ki, Amerikanın müdaxilələri nəticəsində İranın nüvə cəhdlərinin qarşısı qismən alınıb. İranla Qərb arasında imzalanmış nüvə sazişi də (“Bərcam”) düşünürəm ki, artıq başa çatıb. Məhz bunları nəzərə alaraq, hesab edirəm ki, indiki vəziyyətdə İranı qoruya biləcək yeganə qüvvə onun apardığı raket proqramı və raketlərinin gücüdür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm