Region
Rusiya, Türkiyə, İran liderlərinin görüşü keçirildi
Soçidə Rusiya, Türkiyə, İran liderləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhaninin görüşü keçirilib.
Publika.az xəbər verir ki, Suriya münaqişəsinin nizama salınması, Suriya Məşvərət Komitəsinin yaradılması və digər məsələlərin müzakirə olunduğu Sammitdən əvvəl Rusiya Prezidenti Türkiyə və İran liderləri ilə təkbətək görüşüb.
Sammitdən sonra keçirilən mətbuat konfransında Suriyada atəşkəsə nail olunması məhz Astana prosesi iştirakçılarının səyləri kimi qiymətləndirilib. Tərəflər İdlibdə cəm olmuş terrorçularla mübarizə, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanması, ölkə ərazisinin Suriya qoşunlarının nəzarətinə verilməsi, suriyalı qaçqınların vətənə dönməsi, Suriyaya humanitar yardım göstərilməsi və digər məsələlərə toxunublar. Rusiya Prezidenti Vladimir Putin çıxışında qeyd edib ki, ölkəsi separatizmlə bağlı heç nəyi dəstəkləmir və suriyadaxili dialoq dövlətin və cəmiyyətin tam bərpa olunması ilə nəticələnməlidir.
Mətbuat konfransından sonra Sammit iştirakçıları işgüzar şam yeməyinə dəvət olunublar. Burada onlara Rusiyada səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko da qoşulub.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan