Region
Rusiya III Dünya müharibəsinə hazırlaşır – Ekspertlərdən ŞƏRHLƏR
Rusiyanın son 10 ildə keçirdiyi hərbi təlimlərin miqyası onlarla dəfə böyüyüb. “Şərq-2018” təlimlərində Rusiya hərbi qulluqçularının sayı 40 illik rekordu keçdi: 300 mindən çox.
Publika.az xəbər verir ki, bu haqda Müdafiə Tədqiqatları üzrə İsveç İnstitutunun analitiklərinin hazırladığı məruzədə deyilirdi.
İsveç Müdafiə Nazirliyinin sifarişi üzrə hazırlanan məruzə fevralın 4-də dərc edilib. Analitiklər belə nəticəyə gəliblər ki, Rusiya tammiqyaslı müharibəyə hazırlaşır.
2009-cu ildən Rusiya ordusunun bütün manevrləri haqqında məlumatları araşdıran məruzənin müəllifləri qeyd ediblər ki, Rusiya daha əvvəl lokal münaqişə şəraitində bacarıqları yerinə yetirirdi, indi isə böyük müharibədən söhbət gedir. Məruzədə nümunə kimi, 100 mindən 300 minə qədər hərbçinin qatıldığı “Qərb-2017” və “Şərq-2018” təlimləri göstərilib.
“Beləliklə, Rusiya ordusu qitənin çox hissəsində müharibə aparmağı öyrənir”, - analitiklər hesab edirlər.
Artıq ilk dəfə deyil ki, Rusiya tammiqyaslı müharibəyə hazırlıqda şübhəli bilinir. Ötən ilin sonunda Ukrayna Milli Təhlükəsizlik Şurasının informasiya təhlükəsizliyi və müdafiəsi məsələləri üzrə xidmətin rəhbəri Valentin Petrov bildirdi ki, Rusiya Üçüncü dünya müharibəsinə hazırlanır. Onun qənaətinə görə, müharibə ən yaxın 6 il ərzində başlana bilər.
“Müasir Rusiyanın hərbi təşəbbüslərinə baxsaq, bu yalnız Ukraynayla müharibəyə hazırlıq deyil, bu, Rusiya hücum maşınının daha geniş strateji genişlənmənin elementlərindən biridir. Bu genişlənmə Şimal dənizindən Suriyaya qədər ərazini əhatə edir. Faktiki olaraq dünya müharibəsinə hazırlıqdan danışmaq olar”, – o hesab edir.
Petrovun sözlərinə görə, bütün Qərb Rusiyadan ehtiyatlanmalıdır:
“Bu, həqiqətən qorxunc gücdür və güc yalnız Ukrayna üçün deyil. Rusiyanın planlarında Ukraynanı bütünlüklə keçmək və sonra hərəkət edərək Belarus vasitəsilə Baltiya ölkələri və Polşaya çıxmaq var”, - o xəbərdarlıq edib.
Bundan başqa, əgər Rusiya prezidenti Vladimir Putin yeni ittifaq dövlətinin yaradılması haqqında belaruslu həmkarı Aleksandr Lukaşenko ilə razılaşa bilməsə, Belarusun tutulması ehtimal olunur.
Ukrayna hərbi eksperti İqor Koziy İsveç analitiklərinin hazırladığı məruzədən təəccüblənməyib. O, “Obozrevatel” nəşrinin müxbiri ilə söhbətində qeyd edib ki, Rusiya öz gücünü və ordunun qabiliyyətlərini lokal münaqişələrdə hələ 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi anından yoxlamağa başladı.
“Beləliklə, Rusiya quru qoşunlarına məşq keçirdi. Sonra hava alətlərindən istifadə etməyə başladılar. Onların əksəriyyətini Suriyada tətbiq edirlər. Həmçinin onlar hərbi dəniz qruplaşmaları ilə hərəkət edirdilər. Onlar bunları nə üçün edir? Qoşunu hazırlayırlar”, - ekspert vurğulayıb.
Onun sözlərinə görə, Rusiya son zamanlar qoşunların böyük məsafələrə çatdırılması imkanlarında çox yaxşı irəliləyib və bu mexanizmi daim təkmilləşdirir.
“Onlar öz planlarında demək olar ki, iki diviziyanı 1000 kilometrə qədər məsafəyə çatdırılması imkanına nail olmağa çalışırdılar. Yeni texnika və silahları istehsal etməyə başlayırlar”, - Koziy deyib.
Hərbi hazırlıqdan başqa, Putin genişmiqyaslı müharibənin keçirilməsi imkanı üçün pulu fəal şəkildə yığır. Bu fikirlə “ObozTV”-nin efirində beynəlxalq münasibətlər üzrə ekspert Valeri Kravçenko bildirib. Onun sözlərinə görə, Kreml bunu sadə rusiyalıların maddi rifahına qənaət edərək edir və belə hərəkətlər Putin üçün çox pis bitə bilər.
“Əgər Rusiya xalqın hesabına səsdən surətli raketlər hazırlamaq istəyirsə və əgər Putin düşünürsə ki, xalq əbədi dözəcək, onlar dözürlər. Rusiyada inqilablar kifayət qədər nadir hallarda olur, amma onlar çox qanlı olurlar və rejimi dağıdırlar”, - Kravçenko qeyd edib.
Ancaq Koziyin fikrincə, genişmiqyaslı döyüş hərəkətlərinə bütün hazırlığa baxmayaraq, Rusiya hələ buna hazır deyil.
“İlk növbədə ona görə ki, real müharibədə həlak olmağa gedəcək kifayət qədər insanı toplaya bilmir. Rusiya həmişə öz qonşularına ərazi iddialara malik olub və bunu təcəssüm edirdi. Bunun üçün çox lazım deyil, bütovlükdə 200 mindən maksumum 500 minə qədər hərbçinin iştirak edəcəyi bir-iki hərbi əməliyyat keçirmək kifayətdir. Amma əsas sual ondan ibarətdir, onlar döyüşə gedəcək yarım milyon əsgər yığa biləcəklərmi? Bu gün onlar hibrid üsula üstünlük verirlər, amma hərbi də istisna edilmir”, - ekspert əlavə edib.
Ömər Dağlı
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?