Cənubi Qafqaz
Ya imtina, ya da 30 il gözləmə... - Ermənistanda Başkəndlə bağlı yeni İDDİA
Qazaxın üç anklav kəndi (Sofulu, Bərxudarlı və Yuxarı Əskipara) və Kərki kəndinin qaytarılması Ermənistanda geniş müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, Zəngəzur dəhlizinin açılması sərhədin bu istiqamətdə delimitasiyasını aktuallaşdırdığı üçün ilk növbədə Kərki kəndinin qaytarılması gündəmdədir.
Nikol Paşinyan isə anklavlar məsələsinin həlli çərçivəsində Başkəndi “geri ala biləcəklərini” iddia edib.
SSRİ dövründə ermənilərə verilən Başkənd “Ermənistanın anklavı” hesab olunurdu. Rəsmi İrəvan Azərbaycanın 4 anklav kəndinin qaytarılması qarşılığında Başkənd məsələsini gündəmə gətirir.
Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan isə təklif edir ki, onlar Başkənddən imtina etməlidirlər.
“Artsvaşeni (Başkənd) alacağımız halda Tiqranaşeni (Kərki) Azərbaycana verəcəyik. Tiqranaşen Azərbaycana strateji məqsədlər üçün lazımdır. Mən dəhşətli görünən fikir söyləyəcəm: Ermənistan hökuməti Artsvaşenlə Tiqranaşeni “barter” etməlidir. Buna nail ola bilməsək, əminəm ki, növbəti mərhələdə Azərbaycandan Ermənistana qaçqınların qayıdışı (Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı) baş verəcək”, - o deyib.
O qeyd edib ki, Ermənistan Kərki ilə Başkəndi “barter” edə bilməsə, o zaman, fərqli siyasət yürütməlidir: “Tiqranaşeni (Kərki) qaytarmamalıyıq, Artsvaşendən (Başkənd) imtina etməliyik. Bu prosesi 20-30 il təxirə salaraq, vəziyyəti xeyrimizə dəyişə bilərik”.
Asif
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl

























.jpg)









