Region
Azərbaycandan gətirilən taxılla bağlı ermənilərə çağırış edildi: Yeyə bilərsiniz
Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin rəhbəri Tiqran Petrosyan bildirib ki, Azərbaycandan gətirilən Qazaxıstan taxılı insan istehlakı üçün yararlıdır.
Publika.az xəbər verir ki, Petrosyan bu barədə noyabrın 14-də keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, laboratoriya tədqiqatının ilkin nəticələri göstərir ki, taxıl dördüncü deyil, üçüncü kateqoriyaya aiddir.
"Hər şeyi yoxlamaq üçün müraciətlər aldıq - radiasiya, zəhərlənmə. Taxıl yaxşıdır. Rusiya taxılında 14,5, Qazaxıstan taxılında isə 13 protein var. O, 3-cü kateqoriyaya aiddir. Lifin səviyyəsi Rusiya taxılında 29,5, Qazaxıstan taxılında isə 27-dir”, - Petrosyan bildirib.
O izah edib ki, hazırkı QOST-a görə, 1-4-cü kateqoriyalı taxıl insanların istehlakı, 5-ci kateqoriya isə yem üçün nəzərdə tutulub, lakin bütün kateqoriyalı taxıllar qida üçün istifadə edilə bilər.
Müfəttişlik rəisi bir daha qeyd edib ki, Ermənistan Respublikasına gətirilən Qazaxıstan taxılını ərzaq məhsulları üçün istifadə etmək olar. “GOST-a görə, təhlükəsizlik tələblərinə cavab verərsə, uyğun sayılır. “Dünən araşdırmanın nəticələri dərc edilib və bu gün kateqoriyalar üzrə ikinci qiymətləndirmənin nəticələri açıqlanacaq”, - Petrosyan vurğulayıb.
Tural
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...




































