Region
Erməni deputatdan gözlənilməz açıqlamalar: "Sülh üçün yalnız bir yol var"
“Çiçəklənən Ermənistan” fraksiyasının sədri, millət vəkili Edmond Marukyan 29 martda Vyanada baş tutan Nikol Paşinyan-İlham Əliyev görüşü barədə danışıb.
Publika.az xəbər verir ki, Marukyan liderlər arasında aparılan danışıqların nəticələrini müsbət dəyərləndirib.
Lakin o bildirib ki, görüşdən qaranlıq qalan məqamlar da var: “Bəzi suallar var ki, onlar cavabsız qaldı. Erməni tərəfinin gündəliyi, üç prinsip və altı element haqda informasiyalar yoxdur. Biz bilmək istəyirik ki, bunlar aktualdır, ya yox. Ümumiyyətlə, görüş müsbət idi və biz müzakirələrin davam edəcəyi ilə müsbət ampluadayıq”.

Ermənistan parlamentinin üzvü Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesinin yeni elementləri və prinsiplərini inkişaf etdirmək alternativini istisna etməyib: "Lakin unutmamalıyıq ki, bu prinsiplər Helsinki Yekun Aktına əsaslanmalıdır. Yəni özək dəyişməzdir, beynəlxalq hüquq dəyişməyəcək”.
Onun fikrincə, proses yenilənir və bu, qaçılmazdır, çünki Ermənistanın danışıqlar prosesinə təsir göstərə bilməyəcəyi bir çox yeni yanaşmalar var. Vyana görüşündən sonra xalqların sülhə hazırlaşdırılmasına dair addımlar atmaq üçün lazım olan ehtiyaclara gəldikdə, deputat yalnız bir yol görür: sərhəddə uzunmüddətli sülh.
Qeyd edək ki, martın 29-da Vyanada Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ münaqişəsinin nizamlanması üzrə ilk rəsmi görüşü olub. 3 saat yarım davam edən görüşdə iki ölkə xarici işlər nazirləri, ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak edib.
Zümrüd
-
İdman01:41Mbappe yeni rekorda imza atdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Xırda mübahisələr böyüyə bilər
-
Sosial16 İyun 23:36Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu
-
Sağlamlıq16 İyun 22:48Mükəmməl səhər yeməyinin FORMULU AÇIQLANDI
-
Magazin116 İyun 21:36Əməkdar artist canlı yayımda ölüm xəbəri aldı
-
MDB16 İyun 20:48Müəllimi Putinə MƏSLƏHƏT VERDİ - “Özünə sübut etməyə çalış ki...”
-
Magazin116 İyun 20:36Mehriban Xanlarova makiyajsız görüntüsünü paylaşdı - FOTO
-
Nəqliyyat16 İyun 19:12Sərnişinlərə XOŞ XƏBƏR: Daha bir marşrutda bütün avtobuslar yenilənir





































