Region
İran bombardman edilərsə... - Ruhanidən ƏZƏLƏ NÜMAYİŞİ
İran əgər bombardmana məruz qalarsa, təslim olmayacaq.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-la yaranmış hərbi gərginlik fonunda İran prezidenti Həsən Ruhani bildirib.
“Bu gün bizə möhkəmlik lazımdır, düşmənlər dərk etməlidir ki, ürəklərimizdə ümidsizliyə yer yoxdur”, - prezidentin rəsmi saytında yerləşdirilən xəbərdə deyilir.
Qeyd edək ki, İran ətrafında vəziyyət Vaşinqtonun Fars körfəzinə hərbi donanma göndərmək barədə qərarından sonra gərginləşib. Vəziyyətin kəskinləşməsi fonunda ABŞ daha əvvəl Fars körfəzinə ən azı yeddi hərbi gəmi və ona yaxın “Patriot” zenit-raket kompleksini çatdırıb.
Ötən gün öz mənbələrinə istinadən “Fox News” telekanalı bildirib ki, Pentaqon Yaxın Şərqə daha minlərlə hərbçinin göndərilməsi ilə bağlı planını Ağ Evə təqdim edəcək. Məlumata görə, söhbət on min hərbi qulluqçunun göndərilməsindən gedir. Telekanalın mənbələri həmçinin qeyd edirlər ki, “Patriot” və hərbi gəmilərdə yerləşdirilən raket-zenit komplekslərinin genişləndirilməsi plana daxildir.
Bildirililir ki, qəti qərar hələ qəbul edilməyib, Ağ Evin planı tamamilə və ya qismən təsdiq edəcəyi məlum deyil.
ABŞ prezidenti Donald Tramp həmçinin söyləyib ki, İranla müharibədən qaçmağa ümid edir. İranın ali lideri Əli Xamenei də İranın ABŞ-la müharibə aparmaq niyyətində olmadığını deyib, ancaq Vaşinqtona müqavimət göstərməyə davam edəcəyini sözlərinə əlavə edib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR