Türk Şurasından Nazarbayevə MÖHTƏŞƏM JEST - FOTO
Bizi izləyin

Region

Türk Şurasından Nazarbayevə MÖHTƏŞƏM JEST - FOTO

Elbası Nursultan Nazarbayev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Publika.az xəbər verir ki, görüş zamanı Nursultan Nazarbayev Türk Şurası çərçivəsində dövlətlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər beynəlxalq və regional gündəliyin aktual məsələlərini də müzakirə ediblər.

Türk dünyasının inkişafı üçün xüsusi xidmətlərinə görə Türk Şurasına üzv ölkələrin başçılarının qəbul etdikləri qərara əsasən, Nursultan Nazarbayevə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri prezidenti statusu verilib.

Nursultan Nazarbayev türk xalqları arasında əlaqələri inkişaf etdirmək və gücləndirmək üçün bundan sonra da lazımi dəstək verəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm