Region
Sabiq nazirlər barəsindəki istintaq bərpa edildi - GÜRCÜSTANDA
Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili və keçmiş regional inkişaf və infrastruktur naziri Zurab Alavidze ilə bağlı istintaq tədbirləri bərpa olunub.
Ötən ildən başlanılan istintaq Avropa İnvestisiya Bankının Gürcüstana yol tikintisi üçün ayırdığı 710 mln. dollar dəyərində vəsaitin xərclənməsində israfçılıqla əlaqəlidir.
2018-ci ilin iyulunda hər iki sabiq nazir vəzifələrindən sui-istifadə, böyük həcmdə dövlət vəsaitlərinin qanunsuz mənimsənilməsi faktı ilə bağlı Baş Prokurorluqda dindirilib.
Məsələyə münasibət bildirən Gürcüstanın baş naziri Mamuka Baxtadze qanun qarşısında hamının bərabər olduğunu bildirib:
“Əgər hər hansı suallar varsa, onlar cavablandırılmalıdır. Hüquq-mühafizə orqanları istənilən məsələ ilə bağlı əlavə məlumat təqdim edəcəklər”.
Qeyd edək ki, D.Kumsişvili 2015-ci ilin sentyabrından 2018-ci ilin iyununa qədər Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri olub. Z.Alavidze isə 2016-cı ilin noyabrından 2018-ci ilin martına qədər regional inkişaf və infrastruktur naziri vəzifəsini tutub.(Report)
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ


































