Türkiyə və ABŞ arasında danışıqlar başladı
Bizi izləyin

Region

Türkiyə və ABŞ arasında danışıqlar başladı

Suriyanın şimalında təhlükəsiz bölgənin qurulması üçün Ankara-Vaşinqton arasında aparılan müzakirələr bu gün yerli vaxtla saat 10:00-da başlanıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi informasiya yayıb.

Xəbərə görə, Türkiyə təhlükəsiz bölgənin 30-35 km olmasını istəyir.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ötən həftə açıqlamasında bildirmişdi ki, bu prosesin uzanmasına imkan verilməyəcək: “Gözləntilərimizin qarşılanmaması təqdirində, milli təhlükəsizliyimizi təmin ütmək üçün hər cür tədbirləri alacağıq. Bu qabiliyyətə və istedada sahibik. ABŞ ilə razılaşma əldə edə bilməsək, təhlükəsiz bğlgəni təkbaşına qurmaq məcburiyyətindəyik. Bunu bütün səviyyələrdə amerikalı həmkarlarımıza çatdırırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm