Anidən başlayan yağış fəlakətə səbəb oldu - Onlarla insan evsiz qaldı
Bizi izləyin

Region

Anidən başlayan yağış fəlakətə səbəb oldu - Onlarla insan evsiz qaldı

Türkiyənin Şanlıurfa vilayətində aramsız yağışlar selə səbəb olub.

Publika.az xəbər verir ki, ötən gün gecə saatlarında anidən başlayan leysan bölgədəki evləri su altında qoyub.

Jandarm və xilasedici briqadalar evlərindən çıxa bilməyən 12 nəfəri qayıqlarla təxliyə edib.

Qeyd edək ki, İran da bir neçə həftədir ki, leysan yağışlar nəticəsində yaranan seldən əziyyət çəkir. Təbii fəlakət nəticəsində 21 nəfərin öldüyü bildirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm