Türkiyə ordusu 277 terrorçunu zərərsizləşdirdi
Bizi izləyin

Region

Türkiyə ordusu 277 terrorçunu zərərsizləşdirdi

Təhlükəsizlik qüvvələrinin yay aylarında həyata keçirdikləri uğurlu əməliyyatlarda terror təşkilatı YPG/PKK-nın 277 üzvü zərərsizləşdirilib və təşkilata ağır zərbələr endirilib.

Publika.az xəbər verir ki, ölkə daxilində və ölkədən kənarda təşkil edilən bu əməliyyatlarda zərərsizləşdirilən terrorçular arasında təşkilatın məsul şəxsləri də var.

Bunlar terrordan axtarılanlar siyahısında "qırmızı" kateqoriyada yer alan PKK-nın dırnaqarası Hakruk əyalət başçısı "Agit Garzan" kod adlı Murat Kalko, "narıncı" kateqoriyadakı İzzet Yiğit və Benazir Yılmaz, ilə "boz" kateqoriyada axtarılan "Sefkan Mardin" kod adlı Ferhat Ateşdir.

Türkiyə Silahlı Qüvvələri Tunceli, Diyarbakır, Bingöl, Erzincan, Erzurum, Ağrı, Kars, Hakkari, Şırnak, Mardin, Siirt, Bitlis və Van ərazilərində terrorçuların istifadə etdiyi sığınacaqlar, anbarları da məhv etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm