Region
Lavrovdan Qarabağ açıqlaması: Türkiyə ilə birlikdə...
Rusiya və Türkiyə çevik, praqmatik davranış sərgiləyən yaxın partnyorlardır.
Publika.az xəbər verir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ölkənin “Kommersant” qəzetinə açıqlamasında deyib.
Jurnalistin “Rusiya Liviya və Suriyadan Dağlıq Qarabağa qədər regional münaqişələrin həllində Türkiyədən çox asılı vəziyyətə gəlmədimi? Türkiyənin Dağlıq Qarabağda və digər bölgələrdəki münaqişələrdə necə bir rol oynadığını bilən siz və rus rəsmilər Ankaranın siyasətini niyə bu qədər dostcasına şərh edir” sualına nazir belə cavab verib: “İki ölkə bir-birilə strateji görüş ortaya qoya bilir. Moskva və Ankara müxtəlif bölgələrdəki böhranların həlli üzərində enerjili formada işləyir. Rus və türk diplomatların, əsgərlərin, kəşfiyyatçıların maraqların qarşılıqlı olaraq riayət edilməsinə əsaslanan əməkdaşlıqlarının nəticəsi Suriyadakı əməkdaşlıqdır”.
S.Lavrov Dağlıq Qarabağda vəziyyətin tam fərqli olduğunu qeyd edib: “Bu böhranda hərbi həll yolunu dəstəkləmədiyimizi, hərbi fəaliyyətlərin ən qısa müddətdə sonlandırılmasını hədəflədiyimizi heç bir zaman gizləmədik. Həm tərəflərin, həm də xarici aktorların atəşkəs, nəzarət mexanizmi qurmaq və genişmiqyaslı müzakirə prosesinə başlamaq mövzusundakı razılaşmalara hörmət etməsi əhəmiyyətlidir. Daimi atəşkəsi dərhal təmin etmək mümkün olmasa da, bölgədəki bütün nüfuzumuzdan istifadə etməyə davam edirik. Hərbi ssenarinin daha çox önə çıxmasının qarşısının alınması, tərəflər arasında dialoq qurulması, Bakı və İrəvanın müzakirə masasına oturmağa razı salmaq üçün türk partnyorlarla işləməyə çalışacağıq”.
Zümrüd
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
-
Hadisə14:26
Bakıda qazanxanada partlayış: xəsarət alan var
-
Region13:16
Bayramov və Mirzoyan arasında xüsusi görüş olacaq? - Moskvada İCLAS BAŞLAYIR
-
Avropa12:38
Ukrayna müharibəsi cəmisi 15 günə başa çatacaq: Borelldən sensasion açıqlama
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı
-
Sosial10:30
Yeni qanun: Müəllimləri təhqir edənlər 12 min manata qədər cərimələnəcək
-
Kriminal10:06
Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOLAR