Əliyev Makronu bitirdi - Ərdoğandan SENSASİON AÇIQLAMALAR
Bizi izləyin

Region

Əliyev Makronu bitirdi - Ərdoğandan SENSASİON AÇIQLAMALAR

Azərbaycan səfərindən ölkəsinə geri qayıdarkən təyyarədə media nümayəndələrinin maraqlandıran məqamları açıqlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Jurnalist Aysun Torun Orhanın “Altılı platformadan bəhs etdiniz. Cənab Əliyevin tövsiyəsi idi. Siz də dəstəkləyən mesajlar verdiniz. Ermənistana bir çağırışınız da var. Rusiyanın bu məsələyə münasibəti nədir? Cənab Putin ilə bu məsələni görüşdünüzmü” sualını da cavablandırıb.

Publika.az xəbər verir ki, Ərdoğan Putinin bu tövsiyəyə müsbət yanaşdığını bildirib.

“Aramızdakı telefon danışığında məndən hansı qənaətə gəldiyimi soruşdu. Mən də dedim ki, Cənab İlham Əliyev buna müsbət yanaşdıqdan sonra mənim də mövqeyimdən buna müsbət yanaşmaq önəmlidir. Hətta burada Gürcüstan da gündəmə gəldi. Bu işi yetkinləşdirməyi təklif etdim. Əgər Ermənistan prosesi müsbət istiqamətdə aparsa, biz qapalı qapılarımızı açarıq. Çünki bizim yeganə dərdimiz, xüsusilə, xalqlar arasındakı regional sülhə dəstək verməkdir. Biz regional sülhü düşünürüksə və bu, altılı platformanı tələb edirsə, bizə düşən vəzifə də bu qapıları açmaqdır. Türkiyə bu yetkinliyə çatmış ölkədir. Bizim siyasət anlayışımızda bu, onsuz da, vardır. Cənab Putin də bundan mənun oldu. İlham Əliyev qardaşıma da “siz hardasınızsa, mən də ordayam” dedim”, - Ərdoğan qeyd edib.

“Dağlıq Qarabağda 30 illik işğal vardı. Bu işğal başa çatar-çatmaz Fransa Parlamentindən “Dağlıq Qarabağdakı qondarma rejimin tanınması” qərarı çıxdı. Fransanın mövqeyini necə dəyərləndirirsiniz, Fransa bölgədə nə istəyir” suallarına Ərdoğanın cavabı belə olub: “Açıq və konkret danışacam: Minsk üçlüsü içərisində prezident kreslosunda oturan Fransa prezidenti Emmanuel Makronun Qarabağ prosesinə heç bir töhfəsi olmayıb. Onun təcrübəsiz şəkildə atdığı addımlar bölgədə hər şeyi bir-birinə qatdı. Makronun siyasi yaşamında hər yerdən nəsə əldə etmək cəhdləri var. Livanda səbəb olduğu hadisələr hər kəsə bəllidir. Amma Azərbaycanla bağlı addımlarında istədikləri baş tutmadı. Xüsusilə, Cənab Əliyev buradakı duruşu ilə Makronun hesablarını alt-üst etdi. Bunun zərəri kimə olacaq? Fransaya olacaq. Niyə? Çünki Fransa bu günə qədər atdığı addımlarla bağlı Azərbaycan-Fransa münasibətlərini bitirib. Siyasi təcrübəsizlik budur. Makron da siyasi təcrübəsizdir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm