Region
Maduro səhv məlumatın "QURBANI OLDU"
“Facebook” şirkəti koronavirusla bağlı yanlış məlumatları yayması səbəbindən Venesuela Prezidenti Nikolas Maduronun hesabını dondurub.
Publika.az “Reuters”ə istinadla xəbər verir ki, Maduro sosial media səhifəsində COVID-19-un necə müalicə ediləcəyinə dair dəlili olmadan məlumat yayıb.
Belə ki, o yanvar ayında “COVID-19-dan yan təsirləri olmadan sağalmağa imkan verən təsirli dərman”la bağlı video yayımlayıb.
Eyni zamanda, bu vasitənin koronavirusla mübarizədə effektivliyinə dair heç bir elmi sübut təqdim edilməyib. “Facebook” həmin videonu silib.
“Siyasətimizi dəfələrlə pozduğu üçün səhifəni 30 gün ərzində bloklayırıq və bu müddət ərzində yalnız başqalarının yazdıqlarını oxumaq mümkün olacaq”, - deyə şirkətdən bildirilib.
Bu qadağa Maduronun “Instagram” hesabına aid deyil.
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:50Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - VİDEO
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu
-
İdman11:31Qvardiola Mançesterdəki restoranını bağladı - FOTOLAR



























