Region
Baydendən Ərdoğana Ermənistan vədi... – SENSASİON İDDİA
“Ermənistan ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı”nı tanınmasını alqışladı. Amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın buna yumşaq reaksiyası bizi təəccübləndirdi”.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu erməni türkoloq Tiqran Lokmaqezyan deyib.
O, Ankaranın Baydenin açıqlamasından sonrakı reaksiyasının Ermənistanda müzakirə mövzusuna çevrildiyini bildirib.
“Türkiyədən və xüsusən də Ərdoğandan belə bir yumşaq reaksiya gözlənilməz oldu. Üstəlik, Ankarada anti-Amerika isterikası müşahidə olunmur”, - ekspert qeyd edib.
Türkoloq Bayden və Ərdoğan arasında tanınma ərəfəsində baş tutan telefon danışığının təsadüfi olmadığını söyləyib: “Şübhəsiz ki, Vaşinqton bunun müqabilində Ankaraya nələrisə təklif edib. Bu, Ermənistan və Suriya ilə bağlı ola bilər. Böyük ehtimalla vəd edilən çox şey var”.
Lokmaqezyan hesab edir, gözlənilən sürprizlərə qarşı fəaliyyət planı hazırlanmalıdır.
Digər erməni siyasi ekspert Naira Oxikyana görə də, Ermənistan Baydenin açıqlamasından çox da sevinməməli və arxayın olmamalıdır:
“Bu, ermənilərə təzminatın ödənilməsi və torpaqların verilməsi demək deyil. Bu kontekstdə Amerika administrasiyası rəhbərinin bəyanatına diqqətlə baxmaq lazımdır. Bayden öz açıqlamasında kimisə günahlandırmadı, bildirdi ki, bunu belə faciələrin bir daha təkrarlanmaması üçün deyir. Belə çıxır ki, Amerika lideri ermənilərin qətlə yetirilməsindən təəssüflənir, amma baş verənlərdə Türkiyəni günahlandırmır. Bu, o deməkdir ki, buna görə Ankaraya cavab verməyi düşünmürlər”.
Oxikyan əmindir ki, Vaşinqton Ermənistan və ermənilərə görə Ankara ilə iqtisadi əlaqələrini qurban verməyə hazır deyil: “ABŞ və Türkiyə arasındakı ticarət dövriyyəsi dünyada ən yüksək ticarət dövriyyələrindən biridir - 26 milyard dollar. Bu baxımdan, ABŞ-ın da heç bir qanuni addım atmayacağını deyə bilərəm. Əslində ABŞ 106 il əvvəlki hadisələri tanıyır, ancaq Ankaraya qarşı bütün ittihamları rədd edir”.
-
İdman16:05Messinin həyat yoldaşı açıq-saçıq geyimdə FOTOSUNU paylaşdı
-
İdman15:46"Qarabağ" "Çelsi"yə qalib gəlsə: Görün futbolçular nə qədər mükafat alacaq
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?




































