Region
Jirinovskidən SENSASİON AÇIQLAMA: Rusiya bununla hesablaşmaq məcburiyyətindədir
Radikal “Taliban” hərəkatının üzvlərinin Əfqanıstanda hakimiyyəti ələ keçirəcəkləri qaçılmazdır.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Teleqram kanalında yazıb.
Siyasətçinin sözlərinə görə, ABŞ-da taliblərin sovet qoşunlarına qarşı mübarizə üçün məhz onlar tərəfindən yaradıldığını unudublar.
“Bizim hərbçilərimiz oradan çıxdı, taliblər qaldı. İndi isə dünya onları Əfqanıstan hökuməti kimi tanımalı olacaq”, - Jirinovski qeyd edib.
O bildirib ki, Rusiya dövlətin yeni hakimiyyətinin rəyini nəzərə almalı olacaq.
“Bizim ölkəmiz bu islam respublikasına kimin rəhbərlik edəcəyi ilə hesablaşmaq məcburiyyətindədir”, - Jirinovski deyib.
Əfqanıstan hökumətinin ABŞ əsgərlərinin ölkədən çıxmasından sonra yıxılacağı fikri dünya siyasətçiləri və hərbi ekspertlər tərəfindən dəfələrlə səsləndirilib. Bununla belə respublika prezidenti Əşrəf Qani çətin dövrə baxmayaraq, ölkənin “Taliban”ın hücumuna qalib gələ biləcəyinə əmindir.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi


































.jpg)


