Region
İtalyan analitikdən İDDİALI ÇIXIŞ: Türkiyə bunu edərsə...
İtalyan analitik Daniel Santoro Türkiyənin "Mavi Vətən"i Egey və Şərqi Aralıq dənizində həyata keçirəcəyi təqdirdə, supergücə çevriləcəyini söyləyib.
Publika.az xəbər verir ki, Santoro Türkiyənin suverenliyini Egey və Kiprə qədər uzadacağı halda, bu vəziyyətin ABŞ-ın maraqlarına ciddi şəkildə zidd olacağını bildirib.
"Bu səbəbdən ABŞ lazım gələrsə, Türkiyəyə qarşı çıxmaq məcburiyyətində qalacaq. Təbii ki, bu, birbaşa hərbi yolla edilə bilməz. Fransa kimi ölkələrin Türkiyəyə qarşı Yunanıstana dəstək verəcəyini düşünürəm".
Türkiyənin Liviyadakı hərbi varlığından da söz açan analitik qeyd edib ki, Türkiyənin Liviyanı tamamilə özünə bağlaması ABŞ-ın marağında olmayacaq və Türkiyənin böyük bir sıçrayış etməsinə imkan verəcək.
O, Kiprin Türkiyə üçün strateji əhəmiyyətə malik olduğunu və "Mavi Vətən" siyasətinin Kipr olmadan həyata keçirilə bilməyəcəyini əlavə edib: "Türkiyənin kiçik bir hissəsi olan Kipr Anadolu ilə çox bağlıdır və bu ada türklər tərəfindən öz milli ərazilərinin ayrılmaz hissəsi olaraq qəbul edilir. Kiprdə tək bir türk olmasa belə, onun Türkiyə üçün əhəmiyyəti heç zaman dəyişməyəcək, çünki Türkiyə üçün bura geosiyasi məsələdir".
Akqabay
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)