Türk ordusu ŞƏHİD VERDİ
Bizi izləyin

Region

Türk ordusu ŞƏHİD VERDİ

Suriya-Türkiyə sərhədinin Kilis (Musabəyli) hissəsində yaranan gərginlik nəticəsində 1 türk əsgəri şəhid olub.

Publika.az xəbər verir ki, Türkiyə 1-ci Sərhəd Alayının 3-cü Sərhəd Batalyonu Hilaltəpə Sərhəd zastavasının tabeçiliyindəki Suriya sərhəd xəttində xidmət edən əsgərlər Suriya ərazisindən qeyri-qanuni keçmək istəyən bir qrupa “Dayan” xəbərdarlığı etsələr də, onlar əmrə tabe olmayıblar.

Sərhədi qanunsuz keçməyə çalışanların açdığı atəş nəticəsində ağır yaralanan Türkiyə Silahlı Qüvvələrinin çavuşu bütün müdaxilələrə baxmayaraq, şəhid olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm