Region
"Oğru dünyası" ilə əlaqəsi olan 7 nəfər saxlanıldı
Gürcüstanın Acarıstan, Tbilisi və Rustavi bölgələrində keçirilən xüsusi əməliyyat nəticəsində "oğru dünyası" ilə əlaqəli 7 nəfər saxlanılıb. Xaricdə olan 2 nəfər barəsində isə qiyabi ittiham irəli sürülüb.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, saxlanılan şəxslərdən 2-si "oğru dünyası"na üzv olmaqda, 3-ü "oğru dünyası" fəaliyyətinə dəstək olmaqda, 2-si isə "oğru dünyası" üzvlərinə müraciət etməkdə ittiham olunurlar.
Nazirliyin məlumatına əsasən, istintaqla məlum olub ki, "oğru dünyası" üzvlərinə müraciət etməkdə ittiham olunan şəxslərdən biri Türkiyə Respublikasında yaşayan şəxslərdən birindən qızıl əşyalar satın alıb, lakin daha sonra məlum olub ki, aldığı qızıl əşyalar saxtadır.
Bundan sonra o, saxta əşyalara ödədiyi pulun geri qaytarılması üçün "oğru dünyası" üzvlərinə müraciət edib.
Həmin şəxslər də tərəflər arasındakı maddi problemin həll olunması üçün xaricdə yaşayan "qanuni oğrular" Mindia Lavasoğlu, Jeiran Kincuraşvili və Zviad Papiaşviliyə müraciət ediblər.
Tərəflər arasındakı problemin həll olunması və şəxsi gəlirləri üçün "qanuni oğruların" da iştirak etdiyi "oğru yığıncağı" təşkil olunub.
Polislər sübut kimi təqsirləndirilən şəxslərin bir-biri ilə və xaricdəki “qanuni oğrular” ilə əlaqə saxladıqları mobil telefonları götürüblər.
İş üzrə müvafiq prosessual və istintaq hərəkətləri davam etdirilir və təqsirləndirilən şəxslərin dairəsinin genişlənəcəyi istisna edilmir.
Faktla bağlı, Cinayət Məcəlləsinin 223-cü maddəsi ilə cinayət işi açılıb, saxlanılan şəxsləri 3 ildən 10 ilədək həbs cəzası gözləyir.
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir



































.jpg)

