Region
Avropa buna görə 21 MİLYARD AVRO itirəcək - Volodindən ŞOK PROQNOZ
Ən mühafizəkar hesablamalara görə, Avropa ölkələri Rusiya sakinləri üçün giriş məhdudiyyətləri səbəbindən 21 milyard avro itirəcək.
Publika.az xəbər verir ki, Avropa İttifaqı üçün belə bir proqnozla Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin çıxış edib.
Siyasətçinin qənaətinə görə, avropalılar "Öz axmaqlıqları və nadanlıqları ucbatından ölkələrinin ətrafındakı dəmir pərdəni endirərək, özlərini cəzalandırırlar".
Onun sözlərinə görə, Rusiya sakinləri üçün məhdudiyyətlərlə bağlı oxşar təşəbbüslər artıq suverenliyini itirmiş Avropa dövlətlərindən də eşidilir. Onların arasında Estoniya, Latviya, Litva, Finlandiya, Çexiya, Polşa və Ukrayna var.
Volodin vurğulayıb ki, dünya əhalisinin 80 faizi Rusiyaya qarşı sanksiyaları dəstəkləmir, bununla bağlı qoca qitənin bəzi ölkələri rusların ölkəyə girişinə qadağa qoysalar belə, ölkə sakinlərinin gedəcəyi bir yer olacaq. Parlamentin aşağı palatasının spikeri hesab edir ki, eyni zamanda Rusiyaya səyahətə və istirahət üçün gələnlərə normal şərait yaradılacaq.
Akqabay
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI