Region
Miqrasiya qanunu Təhlükəsizlik Şurasında MÜZAKİRƏ OLUNACAQ
Rusiya prezidenti Vladimir Putin sentyabrda Rusiyanın miqrasiya siyasətinin problemləri ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Publika.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib.
Hazırda əcnəbilərin Rusiyada qalma şərtlərini tənzimləyəcək geniş miqyaslı qanun layihəsi hazırlandığını xatırladan D.Medvedev bildirib ki, sentyabr ayında bu məsələlər Təhlükəsizlik Şurasının miqrasiyaya həsr olunmuş iclasına təqdim olunacaq:
Onun sözlərinə görə, qanun əcnəbilərin ölkəmizə girişini, çıxışını və qalma şərtlərini tənzimləyəcək.
Mövcud beynəlxalq müqavilələri təhlil edən keçmiş prezident təklif edib ki, bunların qanun layihəsinə uyğunluğu qiymətləndirilməlidir. Onun, ötən il miqrasiya siyasətinin dəyişdirilməsinin zərurili olduğunu və miqrantlar tərəfindən törədilən cinayətlərin sayının artdığını qeyd edib.
Xatırladaq ki, sözügedən qanun layihəsinin hazırlanması ilə bağlı məlumatı aprel ayında elan edən Dmitri Medvedev, Rusiyaya daxil olan əcnəbilər haqqında məlumatların vahid reyestrlərinin yaradılmasını dəstəklədiyini bəyan edib.
Rövşən Ziya
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: tərkibində nələr var?
-
ABŞ07:30Huanq xəyanətə görə işçilərindən üzr istədi
-
İdman06:46Keçmiş “Bars”a rəsmisindən “Real”a atmaca - “Dəli olurlar, biz isə zövq alırıq”
-
Magazin106:16"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
-
Avropa02:42Rusiya Odessanı vurdu - Ölənlər və xəsarət alanlar var


































