Bizimkilər İstanbulda əmlak almağa üstünlük verirlər - Ekspert
Bizi izləyin

Region

Bizimkilər İstanbulda əmlak almağa üstünlük verirlər - Ekspert

"Türkiyədən daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı ildən-ilə artır. Bu, iki qardaş ölkə arasında münasibətlərin daha da inkişaf etməsilə bağlıdır".

Bunu Publika.az-a açıqlayan əmlak üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə, Türkiyədə təhsil almaq, iş qurmaq, eləcə də daimi yaşamaq istəyən azərbaycanlıların sayı hər il artır:

"Onların çoxu mütləq şəkildə yaşayış yeri almaqda maraqlıdır. Elələri də var ki, Türkiyə sirkətləri tərəfindən uzunmüddətli müqavilə ilə işə dəvət olunurlar. Belələri gedərkən Bakıdakı əmlaklarını sataraq Türkiyədə yenisini alırlar. Çoxu da mənzili biznes üçün, yəni kirayə vermək məqsədlə alır. Çünki, orada kirayə qiymətləri bizimlə müqayisədə xeyli yuxarıdır".

Ekspert azərbaycanlıların çoxunun əsasən İstanbul şəhərində əmlak almaq istədiklərini dedi:

"İstanbulda əmlak alan həmyerlilərimiz, Bakı şəhərində olduğu kimi, orada da qiymətlərin daim artdığını yaxşı bilirlər. Bu il qardaş ölkədə qiymətlər ötən illə müqayisədə təxminən 25-30 faiz artıb. Bu gün qardaş ölkədə 50 min dollara 2-3 otaqlı yaxşı təmirli mənzil almaq mümkündür. Düşünürəm ki, bu tendensiya növbəti illərdə daha da artacaq".

Qeyd edək ki, Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət Agentliyi ölkədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı ilə bağlı statistika açıqlayıb. Statistikaya əsasən, cari ilin yanvar-iyul aylarında azərbaycanlılar Türkiyədə 767 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47 obyekt çoxdur. Vətəndaşlarımız təkcə iyul ayında 65 daşınmaz əmlak əldə edib. Bu, 2021-ci ilin iyul ayı ilə müqayisədə 62 obyekt azdır.

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm