Region
Moskvada Cənubi Qafqaz MÜZAKİRƏSİ: "Mümkün qədər tez vaxtda..."
“Şimal-Cənub” nəqliyyat dəhlizinin realizə edilməsi, eləcə də Cənubi Qafqazda nəqliyyat-iqtisadi əlaqələrinin blokdan çıxarılması bu layihələrin iştirakçısı olan ölkələrə Qərbdən asılı olmayan logistik zəncirlər qurmağa imkan verəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Cənubi Qafqazda ticari, iqtisadi, nəqliyyat əlaqələrinin blokdan çıxarılması məsələləri ətrafında Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə üçtərəfli qrup məşğul olur.
“Eyni zamanda, bu günlərdə Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya məsələləri üzrə növbəti təmaslar olub. Razılaşmaların əldə edilməsində əhəmiyyətli dərəcədə irəliləyiş var. Onlar, ümid edirəm, artıq ən yaxın vaxtda rəsmiləşdiriləcək. Xüsusilə vacib məqam ondan ibarətdir ki, bu iş “vakuumda”, təcrid olunmuş şəkildə deyil, bizim və İran tərəfdaşlarımızın da maraqlı olduğu “Şimal-Cənub” dəhlizi layihəsi də daxil olmaqla, daha geniş nəqliyyat layihələri ilə sıx əlaqədə həyata keçirilir”, - deyə S.Lavrov bildirib.
Onun sözlərinə görə, İran XİN başçısı ilə görüşdə tərəflər Rəşt-Astara dəmir yolu xəttinin bərpası ilə bağlı Rusiya, İran, Azərbaycan arasında davam edən müzakirələrə toxunub. “Sentyabr ayında artıq uyğun profilli mütəxəssislərin təmasları planlaşdırılır. Odur ki, mənə elə gəlir ki, praktiki baxımdan proses çox inkişaf edib”, - deyə nazir qeyd edib.
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian isə bildirib ki, İran “Şimal-Cənub” nəqliyyat dəhlizini tranzit yolların, müxtəlif şaxələndirilmiş xətlərin möhkəmləndirilməsi, regionun inkişafı, həmçinin ərzaq təhlükəsizliyi nöqteyi-nəzərdən mühüm amil hesab edir.
“Biz ümid edirik ki, bütün üçtərəfli yollar mümkün qədər tez vaxtda tam gücü ilə işə salınacaq. Şərq qolunu biz keçən ay Rusiyadan Hindistana keçməklə işə saldıq, layihə uğurla realizə olundu. “Şimal-Cənub” nəqliyyat dəhlizinin qərb qoluna gəldikdə, biz Rəşt-Astara dəmir yolu xəttinin başa çatması üçün əlimizdən gələni etməyə hazırıq. Onun başa çatdırılması zərurəti Moskva ilə Tehran arasında razılaşmaların mövzusu olub. Bizim texniki ekspertlərimiz sırf bu məsələ ilə məşğul olurlar, onu tədqiq edirlər. İran tərəfi çox ciddi yanaşma ilə bu dəmir yolu xəttinin birinci hissəsinin tikintisinə başlayıb”, - deyə Hüseyn Əmir-Abdullahian vurğulayıb. ("AzərTAc")
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək

































.jpg)

