Region
Rusiyaya enerji sanksiyalarını ləğv edin! – Budapeştdən ÇAĞIRIŞ
“Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ilin sonuna qədər ləğv etməlidir. Çünki bu, Avropa iqtisadiyyatına Rusiyadan daha çox ziyan vurur”.
Publika.az “kommersant.ru”ya istinadən xəbər verir ki, bu tələbi Macarıstanın baş naziri Viktor Orban səsləndirib.
Onun sözlərinə görə, sanksiyalar aradan qalxsa qiymətlər düşəcək, inflyasiya azalacaq:
“Sanksiyalar olmasaydı, Avropa iqtisadiyyatı bərpa oluna bilərd. Bizim iqtisadi problemlərimiz - enerji böhranı, inflyasiya bu sanksiyaların nəticəsidir. Yayın əvvəlində tətbiq edilən sanksiyaların avropalılara deyil, ruslara zərbə vuracağı güman edilirdi. Amma məlum oldu ki, bu, Rusiyadan çox Avropaya ziyan vurur”.
Baş nazir, Avropa Koalisiyasının üzvlərini Rusiyaya qarşı sanksiyaların bu ilin sonuna qədər ləğv edilməsi üçün mümkün olan hər şeyi etməyə çağırıb.
Qeyd edək ki, ABŞ, “G-7” Aİ ölkələri ilə birlikdə cari ilin dekabrın 5-də Rusiyadan neftin, 2023-cü il fevralın 5-dən isə neft məhsullarının dəniz yolu ilə daşınmasına qadağa qoyacaq.
Rövşən Ziya
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI












.jpg)























