Ərdoğandan ABŞ səfirinə SƏRT MESAJ: "Daha içəri girə bilməz"
Bizi izləyin

Region

Ərdoğandan ABŞ səfirinə SƏRT MESAJ: "Daha içəri girə bilməz"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 14 may seçkilərində müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu ilə görüşən ABŞ-ın Ankaradakı səfiri Cefri Fleykin qəbulunu davam etdirməkdən imtina edib.

Publika.az xəbər verir ki, bu barədə "Star" qəzeti yazır.

Türkiyə lideri xatırladıb ki, amerikalı diplomat üçün Ankarada həmsöhbət hakimiyyət və prezident olmalıdır. O, bunun üçün təyin olunub.

"Co Baydenin səfiri bəy Kamalı ziyarət edir... Siz səfirsiniz. O zaman hansı üzlə durub prezidentlə görüş istəyəcəksən? Qapılarımız onun üzünə bağlıdır, daha içəri girə bilməz. Niyə? Qoy yerini bilsin!", – Ərdoğan bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm