Region
İstanbulda nəhəng tanker quruya çırpıldı: Boğaziçi və Çanaqqala bağlandı

Güclü tufan nəticəsində Türkiyə bayraqlı “Kadriye Ana” tankeri İstanbul yaxınlığında Mərmərə dənizində quruya çırpılıb.
Publika.az xəbər verir ki, çərşənbə axşamı gecə gəminin ekipajı qəza siqnalı verərək, mümkün batma təhlükəsi barədə xəbərdarlıq edib.
Görülən operativ yardım sayəsində gəmidə olan 12 dənizçi xilas edilib. Mütəxəssislər hazırda neft sızmalarını yoxlayır, çünki tanker təxminən 600 ton dizel yanacağı daşıyırdı. Hadisə ilə əlaqədar səlahiyyətlilər Boğaziçi və Çanaqqala boğazında hər iki istiqamətdə gəmiçiliyi bağlayıb.
İstanbul hava limanlarında 70-dən çox reys təxirə salınıb, Mərmərə dənizi bölgəsində küləyin sürəti 70-80 km/saata çatması səbəbindən Türkiyənin üçdə birində sarı və narıncı səviyyəli hava təhlükəsi elan edilib.
Tural

-
ABŞ21:39
Tramp əmr verdi: "Ən ölümcül qırıcı təyyarə" hazırlanacaq
-
İnanc19:48
Ramazanın 22-ci günü: Dua, imsak və iftar vaxtı
-
Qoroskop19:00
Aprelin bu günlərində bütün vacib iş və məclisləri təxirə salın - XƏBƏRDARLIQ
-
İdman18:48
Haaland 4 milyona unikal avtomobil aldı: Ondan yaxşısı yoxdur - FOTO
-
Cənubi Qafqaz17:45
Paşinyanın Türkiyə planı: Bu yolla sərhədin açıq qalmasına çalışacaq
-
Sağlamlıq16:45
Narkoloqdan xəbərdarlıq: Siqaret tüstüsünün tərkibində...
-
Region15:31
İranın ali dini liderindən ABŞ-a "ağır şillə"...
-
Nida Xəbər 14:40
Putin İlham Əliyevi təbrik etdi