Rusiya vətəndaşlarının Ermənistandakı hesabları bağlanır
Bizi izləyin

Region

Rusiya vətəndaşlarının Ermənistandakı hesabları bağlanır

Ermənistanın “Armbrok” broker şirkəti əcnəbilər üçün daxili tələblərin sərtləşdirilməsi səbəbindən qeyri-rezidentlərin, o cümlədən Rusiya vətəndaşlarının hesablarını bağlayacaq.

Publika.az xəbər verir ki, bu barədə RBC erməni brokerin nümayəndəsinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, hesabların bağlanması barədə qərar “Armbrok”un uyğunluq şöbəsi tərəfindən “Ermənistanın qeyri-rezidentləri üçün daxili tələblərə baxıldıqdan və sərtləşdirildikdən sonra” qəbul edilib.

Bildirilib ki, şirkət həmişə daha yüksək səviyyəli depozitarın tələblərini yerinə yetirir və bu qərar tərəfdaşların əlavə tələbləri ilə bağlı deyil.

“Armbrok” nümayəndəsinin sözlərinə görə, qeyri-rezident müştərilərin aktivləri “müştərilərin pul çıxarma təlimatlarına uyğun olaraq” digər brokerlər və banklardakı hesablarına köçürüləcək.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm