Region
Ərdoğandan Yunanıstan açıqlaması: Fikir ayrılıqlarımız var, amma...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Ankara ilə Afina arasında fikir ayrılıqları olacaq, lakin bu, “ortaq dil” tapmaq mümkün olmadığı anlamına gəlmir.
Publika.az xəbər verir ki, Ərdoğan bu barədə hakim partiyanın parlamentdəki toplantısında deyib.
"Ölkələr arasında fikir ayrılıqları təbiidir. Əsas odur ki, onları dalana dirənmədən həll etmək istəyi olsun. Dekabrın 7-də Yunanıstana səfərə yanaşmamız belədir. Dünən fikir ayrılıqlarımız olub, sabah da olacaq. Amma bu o demək deyil ki, biz bir iqlimi və bir dənizi olan iki ölkə olaraq ortaq dil tapa bilmirik. Əməkdaşlığımızı inkişaf etdirə biləcəyimiz bir çox mövzular var. Arzu edirəm ki, səfərimiz ölkələrimiz üçün yeni səhifə açsın”, - Ərdoğan deyib.
NATO müttəfiqləri Yunanıstan və Türkiyə ərazi mübahisələrinə görə dəfələrlə silahlı qarşıdurma ərəfəsində olublar, son vaxtlar münasibətləri yaxşılaşdırmağa çalışırlar. Bazar ertəsi Ankarada etimad tədbirlərinə dair görüş keçirilib, tərəflər razılaşdırılmış tədbirlərin həyata keçirilməsini asanlaşdırmaq üçün təmas mexanizmi yaratmaq barədə razılığa gəliblər.
Tural

-
Dünya13:48
İstanbul təhlükədə: 7 baldan güclü zəlzələ olacaq - Riskli bölgələrin siyahısı
-
İdman13:36
Ən cazibədar qadın futbolçu tənqid olunur: Bu VİDEOSUNA görə - MƏN UTANARDIM
-
Nida Xəbər 12:43
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi: Nəyə mesajdır? - FOTO
-
Rəsmi xronika11:25
İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi
-
Hadisə10:59
Bakıda 2 nəfərin öldüyü dəhşətli qəzanın - VİDEOSU
-
Nida Xəbər 10:24
Paşinyandan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya: Təxribatdır
-
MDB10:12
Putin bunu Ukraynaya ilk dəfə təklif etdi: Moskvanın planı nədir?
-
Avropa09:30
Bu ölkənin prezidenti Parisdə yoxa çıxıb: Keçmiş nazir şok detalları açıqladı