Türkiyədə 33 sərnişinin olduğu avtobusu atəşə tutdular - VİDEO
Bizi izləyin

Region

Türkiyədə 33 sərnişinin olduğu avtobusu atəşə tutdular - VİDEO

Türkiyənin şimalında 33 sərnişini daşıyan avtobus tüfəngdən açılan atəşlə vurulub, lakin xəsarət alan olmayıb.

Publika.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yasyıb. Bildirilir ki, Ərbaa avtovağzalından İstanbula hərəkət edən 33 sərnişini olan sərnişin avtobusu D-100 magistralının Hacıpazar kəndi yaxınlığında naməlum şəxs (və ya şəxslər) tərəfindən tüfəngdən atəşə tutulub.

Atəş səslərini eşidən sürücü avtobusu saxlayıb.

Avtomobilə baxış zamanı mühərrikin arxa qapağının qırıldığı və dizel filtrinin xarab olduğu müəyyən edilib.

Jandarma əməkdaşları hadisə yerinə baxış keçirib və 3 ədəd gülləi aşkarlayıblar. Sərnişinlər başqa avtobusla İstanbula göndərilib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm