Türk jurnalist İrəvanda bəyan etdi: Türkiyə, Azərbaycan və Ermənistan...
Bizi izləyin

Region

Türk jurnalist İrəvanda bəyan etdi: Türkiyə, Azərbaycan və Ermənistan...

Hesab edirəm ki, Türkiyə, Azərbaycan və Ermənistan bir-biri ilə yaxşı münasibətlər qurmaq istəyirlər.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin TGRT xəbər agentliyinin xarici xəbərlər departamentinin direktoru Əmrə Diner dekabrın 5-də İrəvanda “Yeni regional reallıqlar” və “Dünyanın kəsişmə nöqtələri” mövzusunda konfrans zamanı bildirib.

O, tarixin pis səhifələrinin bağlanmasının zəruriliyinə diqqət çəkib.

“Ermənistan və Türkiyə səfir mübadiləsi edə bilər. Bu, iki ölkə arasında əlaqələrin inkişafı üçün vacibdir. Vasitəçilərə ehtiyac yoxdur. Biz özümüz dialoq qurmalıyıq. Bəzi ölkələr kömək edir, amma ehtiyac yoxdur”, - Diner vurğulayıb.

O əmindir ki, erməni və türk xalqları iki ölkə arasında münasibətlərin yaxşılaşdığını görmək istəyirlər.

“Ermənistan gözəl ölkədir. Mən Ermənistanla sülh şəraitində yaşamaq istərdim. Əminəm ki, biz ermənilərlə sülh şəraitində yaşamalıyıq.

Prezident Ərdoğanın dediyi kimi, Cənubi Qafqazda sülh vacibdir və buna nail olmaq çətin deyil. Ermənilər və türklər tarixən bir-biri ilə qohumdurlar. İstanbulda, Muşada, Malatyada çoxlu erməni yaşayır. Mən İstanbulda yaşayıram, qonşum ermənidir. Biz bir-birimizə hörmət etməliyik”, - deyə o bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm