Türkiyənin səsdən sürətli ballistik raketi: hədəf dəqiqliklə vuruldu - VİDEO
Bizi izləyin

Region

Türkiyənin səsdən sürətli ballistik raketi: hədəf dəqiqliklə vuruldu - VİDEO

"Bayraktar - TB2" pilotsuz uçuş aparatının (PUA) tərtibatçısı və istehsalçısı olan Türkiyənin "Baykar" şirkəti ilk dəfə pilotsuz təyyarədən buraxılan PUA-122 "Hava-Yer" tipli səsdən sürətli ballistik raketini uğurla sınaqdan keçirib.

Publika.az xəbər verir ki, bu barədə raketi hazırlayan “Roketsan” şirkəti məlumat yayıb.

Buraxılışın "Akıncı" PUA-dan həyata keçirildiyi bildirilir. Raket buraxılış nöqtəsindən 55 kilometr məsafədə ilk sınaq atışı zamanı hədəfi dəqiqliklə vurub.

"Baykar"ın 2025-ci ildə kosmosa öz peykini buraxmağı planlaşdırdığı daha əvvəl bildirilmişdi. Kosmik gəmi naviqasiya və kommunikasiya texnologiyalarını dəstəkləmək üçün istifadə olunacaq.

Xatırladaq ki, oktyabr ayında şirkət "Bayraktar - TB3" daşıyıcısı əsaslı PUA-nın yüksək sürətli sınaqlarını uğurla başa vurub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm