Paşinyan tərəfdarlarını topladı: Nəyi müzakirə ediblər?
Bizi izləyin

Region

Paşinyan tərəfdarlarını topladı: Nəyi müzakirə ediblər?

Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı hakim “Vətəndaş müqaviləsi” Partiyasının Təşəbbüs Qrupunun iclasını keçirib.

Publika.az xəbər verir ki, iclasda ideoloji və siyasi məsələlər müzakirə olunub.

Partiyanın mətbuat xidmətinin məlumatına görə, Paşinyan görüş iştirakçılarının suallarını cavablandırıb.

Xatırladaq ki, dekabrın 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə “Vətəndaş müqaviləsi” partiyasının kollegiya iclası keçirilib. İclasda xarici əlaqələr məsələləri, Gümrü şəhər Ağsaqqallar Şurasındakı “GD” fraksiyasının işi, həmçinin partiyanın ərazi təşkilatlarının fəaliyyəti müzakirə olunub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm