Region
Türkiyədə zəlzələlər PANİKA YARATDI: sakinlər avtomobillərində gecələyəcəklər
Türkiyə sakinləri üç zəlzələdən sonra panikaya düşüb və Yeni il gecəsini avtomobillərində keçirməyi planlaşdırırlar.
Publika.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Bildirilib ki, ölkənin cənub-şərqindəki Hakkari vilayətində ardıcıl təkanların davam etdiyi bölgələrdə yanacaqdoldurma məntəqələrində sıx növbələr yaranıb. İnsanlar evlərinə qayıtmağa qorxurlar.
"Zəlzələdən sonra yanacaq üçün növbəyə duran vətəndaşlar avtomobillərində gecələmək istədikləri üçün yanacaq aldıqlarını bildiriblər", - telekanal xəbər verir.
Qeyd edək ki, Türkiyənin cənub-şərqində dekabrın 31-də yerli vaxtla saat 19.37-də 4,4 bal gücündə ilk zəlzələ baş verib. İkinci zəlzələ 19:52 radələrində 3.5 bal gücündə, üçüncü zəlzələ isə 20:06 radələrində 4.5 bal gücündə qeydə alınıb.
Fövqəladə hallar xidmətlərinə hər hansı mənfi nəticələrlə bağlı şikayət daxil olmayıb.
Hüseyn İbadlı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı







































