Region
İran yenə "B-2A Spirit"lərlə bombardman edildi
ABŞ-ın iki "B-2A Spirit" strateji bombardmançı təyyarəsi İrandakı hədəflərə növbəti hücumunu həyata keçirib.
Publika.az xəbər verir ki, bu barədə "Military Air Tracking Alliance" (MATA) məlumat yayıb.
Qeyd olunub ki, "B-2A Spirit" bombardmançıları ABŞ-ın strateji aviasiyasında hədəfə Amerikanın arsenalındakı ən güclü qeyri-nüvə aviabombaları olan 13 tondan çox çəkiyə malik "Massive Ordnance Penetrator" bombalarını çatdıra bilən təyyarələrdir. ABŞ Hərbi Hava Qüvvələri bu bombalardan 2025-ci ilin iyununda İranın yeraltı nüvə obyektlərini məhv etmək üçün istifadə edib.
ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, "B-2A Spirit" ağır bombardmançıları hərbi əməliyyat başlayandan bəri İranın yeraltı sığınacaqlarda yerləşən ən mühüm obyektlərinə güclü zərbələr endirmək üçün artıq dəfələrlə istifadə olunub.
2025-ci ilin iyununda ABŞ-ın "stels" texnologiyalı "B-2A Spirit" bombardmançı qrupu Missuri ştatındakı "Uaytmen" aviabazasından havaya qalxaraq ABŞ-ın Hind okeanındakı strateji hərbi bazası olan Diyeqo-Qarsiya adasına göndərilmişdi. "UK Defence Journal" da qeyd edir ki, ötən ilin yayında regiona onlarla Amerika təyyarəsi, o cümlədən qırıcılar, yanacaqdolduran təyyarələr və kəşfiyyat platformaları yerləşdirilib.
Hüseyn İbadlı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi





































.jpg)
