Region
Çin kəşfiyyatı Türkiyədə "UYĞUR OVU"na ÇIXDI: İstanbulda 6 casus yaxalandı

Türkiyə hakimiyyəti ölkədə yaşayan uyğurlara qarşı Çin kəşfiyyatı üçün casusluq etməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb. Polis isə başqa şübhəlini axtarır.
Publika.az xəbər verir ki,bu bara "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilir ki, İstanbul prokurorları Türkiyədə uyğur icmasının tanınmış nümayəndələri və onlarla əlaqəli bəzi dərnəklər haqqında məlumat topladığı güman edilən 7 nəfəri müəyyən edib.
Orta Asiyadan kənarda ən böyük uyğur diasporunu təşkil edən Türkiyədə təxminən 50.000 uyğur yaşayır. Türklərin türk dilində danışan, əsasən müsəlman olan uyğurlarla sıx etnik, dini və dil bağları var.
Ankara bir neçə ildir ki, Pekinə uyğurlara zülm etdiyi üçün etiraz edir. Çin isə ona qarşı irəli sürülən ittihamları rədd edir.
Hüseyn İbadlı

-
ABŞ02:42
ABŞ Daxili Təhlükəsizlik Naziri xəstəxanalıq oldu
-
Nida Təhlil 00:30
AzTV Əhmədinejadın "ölüm" xəbərinə görə ÜZR İSTƏDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Qapıları açıq saxlayın
-
İKT17 İyun 22:48
Tanınmış jurnalistə yüksək vəzifə verildi
-
Magazin117 İyun 22:36
Şahidləri Murad Dadaşov oldu - FOTO/VİDEO
-
Yaxın Şərq17 İyun 22:24
İsraillilərə ÇAĞIRIŞ ETDİ: "Canınızı xilas etmək üçün şəhərləri tərk edin"
-
Sosial17 İyun 21:30
Müavinət və təqaüdlərin artımlarının ödəniləcəyi TARİX AÇIQLANDI
-
Yaxın Şərq17 İyun 21:24
İran İsrailin hava bazalarına zərbələr endirdi