ABŞ səfirliyi indi də şirkətləri hədələyir: bu ölkə ilə ticarət etsəniz...
Bizi izləyin

Region

ABŞ səfirliyi indi də şirkətləri hədələyir: bu ölkə ilə ticarət etsəniz...

ABŞ-ın Ankara və İstanbuldakı səfirliyi və baş konsulluğunun diplomatları Türkiyə şirkətlərinə və maliyyə qurumlarına baş çəkərək, onları Rusiya ilə ticarət əlaqələrinə görə hədələyirlər.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti yazıb.

Nəşrin məlumatına görə, ABŞ-ın Türkiyədə çalışan səfirlik və konsulluq əməkdaşları şirkətləri sanksiyalar siyahısına salmaqla hədələyirlər. Adının açıqlanmasını istəməyən şirkət əməkdaşı bildirib ki, həmin şəxslərdən biri ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun ixraca nəzarət üzrə mütəxəssisi Gülin Kan Yükseltandır.

Adlarını açıqlamayan iş adamları həmçinin bildiriblər ki, Amerika rəsmiləri onlara sanksiya siyahısına salınacaqları ilə bağlı şəxsən xəbərdarlıq ediblər.

Bundan əvvəl Rusiyanın Ankaradakı səfiri Aleksey Erxov ötən ilin sonunda ABŞ-ın sanksiyalarının sərtləşdirilməsinin Rusiya ilə Türkiyə arasında ticarət-iqtisadi münasibətlərdə ciddi çətinliklər yaratdığını bildirib. Bundan başqa, məlum olub ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində Çin, Hindistan və Türkiyə şirkətlərinə məhdudiyyətlər qoya bilər.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm