SSRİ-nin sonuncu baş naziri öldü - Qatı ermənipərəst idi
Bizi izləyin

Region

SSRİ-nin sonuncu baş naziri öldü - Qatı ermənipərəst idi

SSRİ hökumətinin keçmiş rəhbəri, Rusiyanın dövlət xadimi Nikolay Rıjkov 95 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko məlumat verib.

“Heyrətamiz və parlaq bir insan dünyasını dəyişdi - Nikolay İvanoviç Rıjkov. Dövrün adamı. Bənzərsiz taleyi olan insan və böyük miqyaslı dövlət xadimi”, - deyə Matvienko qeyd edib.

Nikolay Rıjkov 1985-1991-ci illərdə SSRİ Nazirlər Sovetinin sədri vəzifəsində çalışıb. 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üzrə qərargaha rəhbərlik edib. O, 2023-cü ilin oktyabrında Rusiya Federasiya Şurasını tərk edib.

Rıjkov qatı ermənipərəst mövqeyi ilə tanınıb. Buna görə də o, Ermənistanın Milli Qəhrəmanı adına layiq görülüb.

O, həmçinin 20 yanvar Bakı qırğınına rəhbərlik edənlərdən biri olub. Rıjkov bunu 10 il əvvəl “İzvestiya” qəzetinə müsahibəsində də etiraf edib: “Bakıya qoşun yeridilməsi haqqında qərar Qorbaçovun kabinetində birlikdə verildi. Orda Lukyanov, Yazov, Kryuçkov, Bakatin və mən iştirak edirdim. Saat 23:00-da mənə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Vəzirov zəng etdi və ordunun şəhərə girişinin dayandırılmasını xahiş etdi. Gecə Yazov zəng edib dedi ki, qoşuna atəş açırlar, əsgərlərdən ölən var. Soruşdu ki, nə etmək lazımdır. Cavab verdim ki, atəşə atəşlə cavab versinlər. Gecə Qorbaçov mənə 3 dəfə zəng etdi. Ona vəziyyətlə bağlı məruzə etdim, o cümlədən atışma və ölənlər barədə”. N.Rıjkov jurnalistin “Siz qoşun yeridilməsi ilə bağlı heç bir yazılı əmr olmadan bütün gecə hərbi əməliyyatı idarə etmisiniz?” sualına belə cavab verib: “Mən siyasətlə məşğul olmurdum, tapşırıqları həll edirdim”.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm