Hindistanlılar Ermənistanda belə yaşayırlar: Dəhşətli şərait, qul həyatı - FOTO
Bizi izləyin

Region

Hindistanlılar Ermənistanda belə yaşayırlar: Dəhşətli şərait, qul həyatı - FOTO

Hindistanlılar Ermənistanda belə yaşayırlar: Dəhşətli şərait, qul həyatı - FOTO

Hindistandan əmək miqrantları Ermənistana əsasən yoxsul ştatlardan gəlirlər. Dil bilmədikləri üçün çox vaxt tikinti və xidmət sahələrində iş tapırlar.

Publika.az xəbər verir ki, bur barədə “Suputnik Ermənistan”ın araşdırmasında deyilir. Hindistandan olan miqrantlar tikinti sahəsində orta hesabla bir iş günü üçün 10 min dram (təxminən 25 dollar) və ya ayda 250 min dram (təxminən 625 dollar) qazanırlar. Bununla belə, mənzil kirayəsinin hədsiz yüksək qiymətini nəzərə alsaq, bu pul həmişə kifayət etmir.

Hindlilər adətən 8-10 nəfərlik qruplar halında, minimum şəraiti olmayan və qızdırılmayan qarajlarda və köhnə evlərdə yaşayırlar. Belə yaşayış şəraiti üçün ayda 800-1000 dollar ödəyirlər.

Hindistanlı əmək miqrantı Sandeep Singhin sözlərinə görə, Ermənistanda iş tapmaq asan deyil. Altı aydır ki, iş tapa bilmir, amma burada öz biznesini açmağı və daha sonra ailəsini Ermənistana gətirməyi planlaşdırır.

Ermənistanda vətənindən daha yaxşı olub-olmadığını soruşduqda, Singhin qardaşı müsbət cavab verir. O izah edir ki, burada daha sakitdir, insanlar daha yaxşıdır, iqlim daha mülayimdir.

Qardaşlar və digər yeddi həmyerli ayda 300 min dram (təxminən 800 dollar) müqabilində mənzil kirayələyiblər. Onlar çətinliklə dolanırlar.

İrəvanın rayonlarından birində qarajı kirayələyən 10 nəfərlik bir qrup hindistanlı iki aydır maaş ala bilmədiklərindən şikayət etdilər.

"Sabah dostumuz evdən çıxır, iki azyaşlı uşağı var, amma iki aydır pul almır", - Hindistandan olan Simar adlı miqrant deyib.

Ayda 200 min drama tikintidə işləyirlər. Simar etiraf etdi ki, indi valideynləri ona pul göndərirlər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm