Tehran metrosunda yanğın - FOTO/VİDEO
Bizi izləyin

Region

Tehran metrosunda yanğın - FOTO/VİDEO

İranın paytaxtı Tehranda metronun Şuş stansiyasında elektron sistemdə baş vermiş yanğınla əlaqədar “15 Xordad” stansiyası ilə “Şəhid Buxarai” stansiyası arasındakı 1 saylı xəttin elektrik enerjisi kəsilib, qatarların hərəkəti dayandırılıb.

Publika.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Bu gün saat 19:00-da metronun Şuş stansiyasında yanğınla bağlı məlumat daxil olub. Elektrik yarımstansiyası yanıb, itki və xəsarət alanlar olmadan yanğının qarşısı alınıb”, - deyə yanğınsöndürmə idarəsinin mətbuat xidmətinin rəhbəri Cəlal Mələki bildirib.

Həmçinin qeyd olunur ki, metronun “Xomeyni” stansiyasında dəmir yolu relsi qırılıb, sərnişinlər təxliyyə olunurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm