Türkiyədən ACI XƏBƏR: 3 nəfər öldü, 6 nəfər yaralandı
Bizi izləyin

Region

Türkiyədən ACI XƏBƏR: 3 nəfər öldü, 6 nəfər yaralandı

Türkiyənin Nevşehir şəhərində üç avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi üç nəfərin ölümü, altı nəfərin yaralanması ilə nəticələnib.

Publika.az xəbər verir ki, bu barədə “TRT Haber” bildirib.

Telekanala görə, hadisə Nevşehir – Kayseri şosesinin Bozca qovşağının yaxınlığında olub.

Ölən və yaralıların adları hələ açıqlanmayıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm